Azərbaycan Dövlət İnformasiya Agentliyi

MSK-nın sədr müavini: İddia olunan qanun pozuntuları araşdırılacaq, kəskin addımlar atılacaq

10.02.2020 [17:00]

Xəbərin mətni

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov deyib. Rövzət Qasımov qeyd edib ki, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub. “Bununla bərabər, MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. “Qaynar xətt”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddiliyi ilə diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda eyham belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”, - deyə sədr müavini bildirib

BÖLMƏNİN DİGƏR VİDEOLARI