DÜNYA


Salvador parlamentinin binası təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürülüb

Bu barədə BBC məlumat yayıb. Bildirilir ki, Mərkəzi Amerikanın El Salvador şəhərində parlament binası hərbiçilər və təhlükəsizlik qüvvələrinin əsgərləri tərəfindən nəzarətə götürülüb. Onlar binaya prezident Nayib Bukele deputatlar qarşısında çıxış edərkən daxil olublar. Silahlılar ölkənin təhlükəsizlik və hərbi qüvvələrinin təchiz edilməsi üçün 109 milyon dollarlıq kreditin ayrılmasını tələb edirlər.