Madrid-Amsterdam təyyarəsində qorxu və panika: təyyarə saatlarla eniş edə bilmədi
11.02.2020 [00:14]
Madriddən Amsderdama uçan Air Europa hava yollarına məxsus təyyarə Ciara fırtınası səbəbindən saatlarla eniş edə bilməyib. AZƏRTAC "RTL Nieuw"a istinadən bildirir ki, pilot bir neçə dəfə cəhd etməyə çalışsa da bu mümkün olmayıb. Nəticədə təyyarə geri Madridə qayıdıb. Qeyd edək ki, təyyarənin göyərtəsində 300 sərnişin olub.