DÜNYA


Enişə az qalmış pilot huşunu itirdi - Pegasus təyyarəsində həyəcan

Vyana - İstanbul reysi ilə uçan PC 902 Pegasus təyyarəsi fəlakətdən döndü. AZƏRTAC Türkiyə mətbuatına istinadən bildirir ki, təyyarənin kapitanı enişdən az əvvəl huşunu itirib. Təyyarədə həyəcan dolu anlar yaşanarkən, ikinci pilot Sabiha Gökçen Hava limanı ilə əlaqə quraraq təyyarəni yerə endirməyi bacarıb.