DÜNYA


Çində koronavirusa yoluxanların sayı 60 minə yaxınlaşır

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 59 min 883, bu virus səbəbindən ölənlərin sayı isə 1368 nəfərə çatıb.
AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, ötən gün ərzində 254 ölüm faktı baş verib. Bu, virus yayılmağa başlayandan gün ərzində qeydə alınan ən böyük rəqəmdir.