Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində indiyədək 1716 tibb işçisi koronavirusa yoluxub

14.02.2020 [12:25]

Xəbərin mətni

Çində koronavirus epidemiyası başlayandan bəri 1716 tibb işçisi bu virusa yoluxub.
AZƏRTAC xəbər verir ki, bu barədə Çin Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. Koronavirusun yeni növü (COVID-19) 6 tibb işçisinin həyatına son qoyub. Onlar arasında Uxan şəhərindəki Mərkəzi Xəstəxananın oftalmoloqu, koronavirusun yeni növü barədə ictimaiyyəti ilk məlumatlandıran həkimlərdən olan Li Venlian da var.