DÜNYA


Koronavirus Çinin avtomobil bazarını da “vurur”

Dünyanın ən böyük avtomobil bazarı olan Çində dekabrın sonundan başlayan koronavirus epidemiyası avtomobil sahəsinə də təsirsiz ötüşmür.
AZƏRTAC Çin Avtomobil İstehsalçıları Assosiasiyasına istinadla xəbər verir ki, yanvar ayında ölkədə avtomobil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz azalıb. Ötən ay Çində 1,95 milyon ədəd avtomobil satılıb. Yanvarda avtomobil istehsalı isə 24,6 faiz azalıb.