RƏSMİ


Prezident İlham Əliyevin Avropa İttifaqının komissarı ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münxendə Avropa İttifaqının büdcə və administrasiya məsələləri üzrə komissarı Yohannes Han ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında gündəlikdə duran cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində uğurlu əməkdaşlıq etdiyi vurğulandı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır