CƏMİYYƏT


Çindən Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları Bakıya çatıblar

Çin Xalq Respublikasının Uxan şəhərində yayılan yeni növ koronavirusla əlaqədar Türkiyəyə təxliyə olunmuş Azərbaycan vətəndaşları fevralın 15-də Bakıya çatıblar.
AZƏRTAC xəbər verir ki, təxliyə olunmuş vətəndaşlarımız - Leyla Quliyeva, Firuddin Nağıyev, Duyğu Nağıyeva, Rauf Məmmədli, Tural Cəfərov və Elşən Musazadə Ankarada 14 gün müddətində karantində saxlanılıblar. Karantin müddəti ərzində bir neçə dəfə analiz verən həmvətənlərimizdə koronavirus aşkarlanmayıb.