Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskvada rabitə işçiləri həlak olub

17.02.2020 [15:10]

Moskva şəhərində telefon şəbəkəsinə məxsus qüllədə təmir işləri aparan iki usta həlak olub. AZƏRTAC "tvzvezda.ru"-ya istinadən xəbər verir ki, yoldan keçən avtomobillərdən biri ustaların trosuna ilişib. İrəliləyən avtomoil onları qüllədən yerə dartıb. Nəticədə hər iki fəhlə həlak olub.