CƏMİYYƏT


Sədərək Ticarət Mərkəzindəki yanğın tam söndürülüb YENİLƏNİB

Alov tam söndürülüb və hazırda soyutma işləri aparılır.
AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında bildirib. Ə.Novruzov deyib ki, hadisə ilə bağlı ikinci dərəcəli yanğın elan olunub. Yanğın bir saata yaxın davam edib. Hadisə yerinə 23 texnika və 125 nəfərlik canlı qüvvə cəlb edilib. Yanğının ərazisi 900-1000 kvadratmetr sahəni əhatə edir. Alov tam söndürülüb və hazırda soyutma işləri aparılır. Yanğının başvermə səbəbi araşdırılır.
**
10.00
AZƏRTAC xəbər verir ki, alovun qarşısı nazirliyin müvafiq qüvvələri tərəfindən alınıb. Yanğın söndürülüb. Hazırda Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.
**
09.15
FHN-dən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir. Əlavə məlumat veriləcək.