CƏMİYYƏT


Azərbaycanlılardan koronavirusla bağlı mübarizədə Çinə dəstək VIDEOÇARXI

Çinin yeni tip koronavirus (COVİD-2019) epidemiyası ilə mübarizəsinə dəstək məqsədilə videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoda Azərbaycanın belə çətin günlərdə Çin xalqı ilə həmrəyliyi, Çinin epidemiya ilə mübarizəsinə dəstəyi ifadə olunub.
Çində təhsil alan və müvəqqəti yaşayan, vaxtilə Çinin ali təhsil ocaqlarından məzun olmuş azərbaycanlılar, uşaqlar videoda Çinə dəstəklərini və arzularını bildiriblər.