DÜNYA


Çində koronavirusdan ölənlərin sayı 1860-ı ötüb

Çində yeni növ koronavirusdan (COVİD-2019) ölənlərin sayı 1868 nəfərə çatıb, eyni zamanda, 12,5 mindən çox insan bu xəstəlikdən sağalıb. AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumata görə, sutka ərzində 98 nəfər koronavirusdan ölüb, 1701 nəfər xəstəxanadan evə yazılıb. Xəstəliyə yoluxanların sayı bir sutkada 1,8 min nəfər artaraq ümumilikdə 72,4 mini ötüb.