Azərbaycan Dövlət İnformasiya Agentliyi

Binə qəsəbəsində evlərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

19.02.2020 [15:10]

Xəbərin mətni

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqları edən Lənkəran şəhər sakinləri Vüsal Məmmədli və xalası oğlu Elxan Hüseynov Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində tutularaq istintaqa təqdim ediliblər. Araşdırma zamanı onların Binə qəsəbəsində 7 evdən pul, qızıl-zinət və məişət əşyaları, 2 “Play station” salonundan ümumilikdə 18 oyun aparatı və bir mağazadan ərzaq məhsulları oğurladıqları məlum olub.