DÜNYA


"Fındıq" adlı köpək balası məktəb talismanı oldu

Türkiyənin Turhal bölgəsində bir qəbirstanlıqdan tapılan köpək balasına məktəbin həyətində yuva tikərək sahib çıxıblar. AZƏRTAC Türkiyə mətbuatına istinadən bildirir ki, öyrəncilərin sevimlisi olan Fındığın məktəb geyimində dərslərə girməyinə də icazə veriblər. Məktəb müəllimləri bu eksperimentin öyrəncilərə çox yaxşı təsir etdiyini bildirir.