CƏMİYYƏT


FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti metroda təlim keçib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti ilə birgə metronun “Azadlıq prospekti” stansiyasında “Xidmətin xilasedici qruplarının çağırış zamanı hərəkətləri” mövzusunda xüsusi-taktiki təlim keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlim əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyətinin xəbərdaretmə sxeminə uyğun olaraq müəyyən edilmiş vaxt çərçivəsində təyin olunmuş ərazidə toplanışının yoxlanılması, xilasetmə və mühafizə işlərinin təşkili sahəsində təcrübələrinin artırılması, şəxsi heyətin metropolitendə xilasetmə, mühafizə və ilkin təxirəsalınmaz tibbi yardımın göstərilməsi sahələri üzrə (real şəraitə uyğun olaraq) praktiki bilik və bacarıqlara daha dərindən yiyələnməsinə nail olmaq məqsədilə reallaşdırılıb.