CƏMİYYƏT


Bakıda təşkil olunan "Yeni media jurnalistikası" təlimi başa çatıb

Fevralın 21-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA və Türkiyə Radio və Televiziya Qurumunun (TRT) əməkdaşlığı ilə Bakıda təşkil olunan "Yeni Media Jurnalistikası" təliminin bağlanış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün dünyada rəqəmsal medianın xüsusi yer tutduğunu bildirib.