CƏMİYYƏT


Narkotik satarkən yaxalanan Bakı sakini polisə müqavimət göstərib

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb. Belə ki, polisə Pərviz adlı şəxsin Nizami rayonu ərazisində külli miqdarda narkotik vasitə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Bakı şəhər sakini Pərviz Qurbanov ümumi çəkisi 73,042 qram olan tiryəki satarkən polislər tərəfindən tutulub. Qeyd edək ki, o, saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək idarə etdiyi avtomobillə ərazidən qaçmağa cəhd göstərsə də, polislərin çevikliyi sayəsində zərərsizləşdirilib.