Qazaxıstanın Öskemen şəhəri yaxınlığında “An-2” təyyarəsi qəzalı eniş edib
26.02.2020 [13:46]
Xəbərin mətni
AZƏRTAC Qazaxıstan Aviasiya İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qəzaya səbəb təyyarənin mühərrikində nasazlığın olmasıdır.
“Orlan 2000” Hava Yollarına məxsus “An-2” təyyarəsi ölkədə Öskemen-Aksuat şəhərləri arasında sanitar xidmtələri yerinə yetirirdi. Yerli vaxtla saat 12:50 radələrində təyyarənin ekipajı mühərrikdə olan vəziyyət barədə məlumat verib. Təyyarədə 5 nəfərin, onlardan 3-nün ekipaj, 2-sinin rəsmi nümayəndə olduğu bildirilib.