DÜNYA


Çində yalnız yerli istehsal təyyarələrdən istifadə edəcək aviaşirkət yaradılıb

Çində yeni yaradılan aviasiya şirkəti yalnız yerli istehsal olan C919 və ARJ21 sərnişin təyyarələrinin operatoru qismində çıxış edəcək. İngilis dilində 1, 2 və 3 sözlərinin ilk hərflərinin abbreviaturasından ibarət "OTT Airlines" Çində 3 ən böyük aviasiya konsernindən biri olan "China Eastern"nın törəmə müəsissəsi kimi fəaliyyət göstərəcək. Şanxay şəhərindəki Xonçiao beynəlxalq hava limanında yerləşəcək "OTT hava yolları" dar füzelyaja malik C919 təyyarələri ilə uçuş həyata keçirən ilk şirkət olacaq. Bundan başqa, ötən ilin avqustunda ARJ  21 regional təyyarələrinin istehsalçısı ilə müqavilə imzalanıb. "OTT hava yolları"nın yaradılmasında məqsəd Çinin ən inkişaf etmiş bölgələrindən olan Yantzı çayı deltasında artan sərnişin tələbatını ödəmək, həm də yerli istehsalı dəstəkləməkdir.