Azərbaycan Dövlət İnformasiya Agentliyi

Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub

05.03.2020 [13:14]

Xəbərin mətni

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, genişmiqyaslı komanda-qərargah təlimlərində qəbul edilən qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.

BÖLMƏNİN DİGƏR VİDEOLARI