CƏMİYYƏT


Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərən taksilər dezinfeksiya olunur

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qurumun tabeliyində “Bakı Taksi Xidməti” MMC-nin paytaxtda xidmət göstərən avtomobil vasitələrinin gündəlik dezinfeksiya edilməsi təmin olunur. Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət göstərən taksilərdə aparılan zəruri profilaktik tədbirlər və dezinfeksiya işləri də mütəmadi xarakter daşıyır və sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Hava limanında xidmət edən “Bakı Taksi Xidməti”nə məxsus bütün taksilər növbəli şəkildə dezinfeksiya olunur. Səhər növbəsində olan avtomobillərdə gecə, gecə növbəsində olan avtomobillərdə isə səhər saatlarında dezinfeksiya işləri həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır