Güclü külək Xaçmazda məktəbin və ticarət obyektlərinin damını uçurub
07.03.2020 [14:22]
Xəbərin mətni
Martın 6-sı axşam saatlarından başlayan güclü külək Xaçmaz rayonunda bir sıra fəsadlar törədib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarından əsən külək rayonun Əhmədoba kəndinə İsmət Rəsulov adına tam orta məktəbin dam örtüyünü uçurub.
Bundan başqa, şəhər ərazisindəki parklardakı çoxillik ağaclar kökündən çıxaraq aşıb.