Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lənkəranın turizm məkanlarında dezinfeksiya tədbirləri görülür

07.03.2020 [18:35]

Xəbərin mətni

Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlər davam etdirilir. Bütün sahələrdə olduğu kimi, turizm sektorunda da qabaqlayıcı tədbirlər görülür. Ölkəmizin dilbər guşələrindən biri də turistlərin ən çox üz tutduğu Lənkərandır.
Lənkəranda yerləşən 17 mehmanxana və otel tipli obyektlərin hər birində gündəlik dezinfeksiya tədbirləri görülür, işçilər arasında maarifləndirmə aparılır.