Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İtaliyada 16 milyon adam karantində

10.03.2020 [11:48]

İtaliya dünyada koronavirusdan ən çox ölümün qeydə alındığı ikinci ölkədir. Vəziyyət kəskinləşməkdə davam edir. Hazırda ölkə üzrə 16 milyon adam karantinə alınıb. 133 ölüm faktının bir gündə alındığı İtaliyada bu rəqəm ümumilikdə 366-ya çatdı və statistikaya görə ölüm halının sayında Çindən sonra ikinci oldu.