DÜNYA


Çinin Sədri koronovirus epidemiyasının episentri olan Uxana səfər edib

Çin Xalq Respublikasının Sədri Si Cinpin yeni tip koronavirus (COVID-19) epidemiyası ilə mübarizə və qabaqlayıcı tədbirləri yoxlamaq üçün virusun episentri olan Xubey vilayətinin inzibati mərkəzi Uxan şəhərinə səfər edib.
AZƏRTAC xəbər verir ki, Çin lideri sırf koronavirusa yoluxan xəstələrin yerləşdirilməsi üçün təxminən 10 gün ərzində inşa olunan və Çin silahlı qüvvələrinin sərəncamına verilən Huoşenşan xəstəxanasına baş çəkib. ÇXR Sədrinə xəstəxananın fəaliyyəti və xəstələrin müalicəsi barədə məlumat verilib. Si Cinpin burada müalicə olunan xəstələrlə və tibb işçiləri ilə söhbət edib.