CƏMİYYƏT


Bakıda hədə-qorxu ilə külli miqdarda pul əldə edən şəxslər tutulub

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş İdarəyə naməlum şəxslərin Sumqayıt şəhər sakini Nemət Rəhimovdan hədə-qorxu ilə 13 min 400 manat, Biləsuvar rayon sakini Niyaməddin Abbasovdan isə eyni üsulla 15 min manat məbləğində pul tələb etmələri barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin məbləğdə pul vəsaitlərini alan dəstə üzvləri əvvəllər məhkum olunublar. Ağstafa rayon sakini Cavid Həsənov və Biləsuvar rayon sakini Vasif Bağışov tutulublar. Onlar istintaqa verdikləri ifadələrində etdikləri cinayəti etiraf ediblər.