Yolu təyin olunmayan yerdən keçən piyadalar üçün VİDEOÇARX
13.03.2020 [14:57]
Xəbərin mətni
Daxili İşlər Nazirliyi yol nəqliyyat hadisələri zamanı piyadaların vurulması hallarının qarşısını almaq üçün yeni maarifləndirici videoçarx hazırlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sosial çarxda baş rolda Azərbaycanın Əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanov çəkilib.