DÜNYA


Koronavirus Çinin aviasiya sektoruna 3,53 milyard dollar ziyan vurub

Çinin mülki aviasiya sektorunun fevralda koronavirus epidemiyası ilə əlaqədar itkiləri 24,59 milyard yuan (3,53 milyard ABŞ dolları) təşkil edib.
AZƏRTAC Çin Mülki Aviasiya Administrasiyasına istinadla xəbər verir ki, bu, Çin mülki aviasiyasının ay ərzində ən böyük itkisi olub.