Azərbaycan Dövlət İnformasiya Agentliyi

İranın Həmədan əyalətində küçələr dronla dezinfeksiya olunur

14.03.2020 [13:17]

Xəbərin mətni

İranın Həmədan vilayətində evlər və iaşə obyektləri dronlar ilə dezinfeksiya edilir.

AZƏRTAC xəbər verir ki, Həmədan universitetinin əməkdaşları drona xüsusi cihaz bərkidiblər. Lazım olan məsafəyə qalxdıqdan sonra cihaz işə salınır və dron dezinfeksiya işlərini həyata keçirir. Bu vasitə ilə Həmədanda məhəllələr növbə ilə dezinfeksiya edilir.