Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrük-sərhəd buraxılış məntəqələrində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir

14.03.2020 [16:49]

Xəbərin mətni

Koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir.
Respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” və “Biləsuvar” gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.
Ölkəyə daxil olan nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə rejim zonasına daxil olur.