CƏMİYYƏT


Qəbul-çeşidləmə məntəqələrində Azərbaycana gələn 2183 nəfər müayinədən keçirilib

Azərbaycan ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Astara və Biləsuvar rayonlarının ərazisində İran ilə sərhəd-keçid məntəqələrinin yaxınlığında yaradılmış qəbul-çeşidləmə məntəqələri ciddi rejimdə fasiləsiz olaraq fəaliyyətini davam etdirir.