Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paris yaxınlığında hərbi maşınlar

17.03.2020 [14:13]

On beş günlük karantinə nəzarət üçün Fransa hökuməti ciddi tədbirlər görmək niyyətindədir. Karantin rejiminə 100 min polis nəzarət edəcək. Sosial şəbəkələrdə istifadəçilər hərbi maşınların göründüyünü yazaraq videolar paylaşıblar. Təsdiqlənməmiş məlumata görə, hərbi maşınlar Parisə doğru istiqamət götürüb. Rəsmilər hərbi maşınların logistik fəaliyyət məqsədilə hərəkətdə olduğunu bildirib və koronavirusla bağlı olmadığını söyləyiblər