Qazaxıstanda hərbçilər gücləndirilmiş iş rejiminə keçib
19.03.2020 [17:51]
Qazaxıstanda hərbçilər martın 19-dan Nur-Sultan və Almatı ətrafında tətbiq olunan keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçdilər. AZƏRTAC xəbər verir ki, martın 19-dan etibarən Almatı və Nur-Sultan şəhərləri koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantinə alındı və giriş-çıxış məhdudlaşdırılıb.