Qardaş ölkədən təqdirəlayiq addım: Bütün Türkiyə eyni vaxtda eyvanlardan səhiyyə işçilərini alqışladı
19.03.2020 [22:34]
Türkiyənin Səhiyyə naziri Fahrettin Kocanın bu gün ölkəyə etdiyi çağrışı cavabsız qalmayıb.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazir koronavirusla mübarizədə səhiyyə işçilərini dəstəkləyən alqış kampaniyası ilə bağlı çağrış edib.
O, hər kəsi Türkiyə vaxtı ilə saat 21.00-da eyvanlara çıxaraq ölkənin səhiyyə işçilərini alqışlamağa çağırıb. Onun bu çağrışına bütün ölkə cavab verib.