Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində tibb işçiləri ilə qarşılaşarkən hər kəs baş əyir

26.03.2020 [00:09]

Bu video Çinin Sincan bölgəsində çəkilib.
AZƏRTAC Sinxua agentliyinə istinadən xəbər verir ki, dərslərin bərpa edildiyi Sincanda evlərinə gedərkən küçədə qarşılaşdıqları tibb işçilərinə baş əyən bu iki məktəblidən bütün dünya danışır.
Koronavirusla mücadilədən sonra Çində uşaqdan böyüyə hər kəs həkimləri, tibb personalını qəhrəman kimi qiymətləndirir və onlarla qarşılaşarkən baş əyirlər.