CƏMİYYƏT


Xaçmazda “Tramadol” həbləri satan şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşları rayon ərazisində güclü təsiredici maddələrin satışı ilə məşğul olan şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, RPŞ-nin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş 33 yaşlı Zaur Mustafayev şübhəli şəxs qismində saxlanılıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman ondan satış məqsədi üçün saxladığı 58 ədəd “Tramadol” həbləri aşkar edilib.