Çində iqtisadiyyatı dirçəltmək üçün 2,5 günlük həftəsonu tətili tətbiq olunacaq
26.03.2020 [20:01]
Xəbərin mətni
Çində 2,5 günlük həftəsonu tətilinin tətbiqinə başlanılacaq.
AZƏRTAC xəbər verir ki, yeni növ koronavirus (COVID-19) epidemiyasının ölkə iqtisadiyyatına gətirdiyi tənəzzül fonunda atılan bu addımın məqsədi əhaliyə istirahət üçün daha çox vaxt ayrılmasını təmin etmək, bununla da istehlakın təşviqinə nail olmaqdır. İlkin olaraq Çinin 3 vilayətində aprelin 1-dən 2,5 günlük həftəsonu tətili tətbiq ediləcək.