CƏMİYYƏT


Qubada yanğın olub

Quba rayonu Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verib. Məlumatla əlaqədar polis Quba Rayon Polis Şöbəsinin əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb. Alovun miqyasının artmasının qarşısını almaq məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.