DÜNYA


Çinin Hubey vilayətində hava nəqliyyatı bərpa olunub

Çində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar Hubey vilayətində fəaliyyəti dayanmış hava limanlarında sərnişin və yük təyyarələrinin uçuşları bərpa olunub.
AZƏRTAC xəbər verir ki, vilayətin inzibati mərkəzi olan Uxan şəhəri istisna olmaqla vilayət ərazisindəki hava limanları 2 aylıq fasilədən sonra martın 29-da normal fəaliyyətə başlayıb.