DÜNYA


Keçilər dağdan koronavirusa görə boş qalan küçələrə endilər

Hadisə Böyük Britaniyada baş verib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, dağ keçisi sürü halda Uelsin Llandadno şəhərinin boş küçələrində rahat-rahat gəzərək evlərin həyətindəki bitkiləri yeyib. Karantin səbəbindən evlərində oturan sakinlər polis çağırmalı olublar. Əvvəllər də keçilər şəhərə gəliblər, amma sakinlər onları uzaqlaşdırıblar. Bu dəfə isə onlara heç bir maneə olmayıb. Sakinlər heyvanların onların həyətlərindəki kolları və otları yemələrindən şikayət ediblər.