DÜNYA


Uxan aeroportu yenidən istifadə üçün hazırlıq vəziyyətinə gətirilir

Çində yeni növ koronavirusun (COVID-19) ilk yayıldığı Uxan şəhərinin hava limanının karantin rejimindən sonra yenidən istifadəyə verilməsi üçün hazırlıq işləri görülür.
AZƏRTAC Uxan şəhər xalq hökumətinə istinadla xəbər verir ki, xüsusi karantin rejimi ilə əlaqədar iki aydan çoxdur məhdud rejimdə işləmiş “Tianhe” beynəlxalq hava limanında açılış üçün dezinfeksiya işləri görülür.