SİYASƏT


Sutka ərzində atəşkəs rejimi 24 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.