SİYASƏT


"Euronews" Heydər Əliyev Mərkəzinin COVID-19 yayılan ölkələrlə həmrəyliyini nümayiş etdirdi

"Euronews" televiziyası Heydər Əliyev Mərkəzinin COVID-19 ən çox yayılan ölkələrə dəstəq məqsədi ilə təqdim etdiyi videoproyeksiyaları nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, həmin videoproyeksiyaları kanalın "şərhsiz" bölməsində yayımlanıb.
Qeyd edək ki, aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin sədaları altında Mərkəzin binası üzərinə proyeksiya olunur. Videoproyeksiya ölkələrin adlarının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq həyata keçirilir. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır