SİYASƏT


Heydər Əliyev Mərkəzinin binası üzərində İspaniya bayrağı videoproyeksiya olunub

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 10-da Heydər Əliyev Mərkəzinin binası üzərinə İspaniya Krallığının bayrağı videoproyeksiya olunub.
AZƏRTAC xəbər verir ki, bayraq təsvirini ispan musiqisi müşayiət edib.