Deputatlar koronavirusa qarşı mübarizədə fədakarlıq göstərənləri alqışladı
11.04.2020 [14:30]
Milli Məclisin növbəti iclasında koronavirusa qarşı mübarizədə fədakarlıq nümayiş etdirən insanların əməyi alqışlanıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclis Sədri Sahibə Qafarova təklif edib ki, pandemiyaya qarşı mübarizədə fədakarlıq nümayiş etdirən insanların əməyi deputatlar tərəfindən ayaq üstə alqışlansın.
Deputatlar pandemiyaya qarşı mübarizədə peşə və vətəndaşlıq borclarını şərəflə yerinə yetirən insanların əməyini ayaq üstə alqışlayıblar.