Mövlut Çavuşoğlu: Bakının rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzində Türkiyə bayrağı Azərbaycan bayrağı ilə birlikdə dalğalanır
11.04.2020 [23:22]
Türkiyənin Xarici İşlər nazirləri Mövlut Çavuşoğlu özünün rəsmi twitter səhifəsində Heydər Əliyev Mərkəzinin binası üzərində Türkiyənin bayrağının videoproyeksiya olunması ilə bağlı paylaşım edib. AZƏRTAC xəbər verir ki, türkiyəli nazir paylaşımında bunları yazıb: "Bakının rəmzlərindən biri olan Heydər Əliyev Mərkəzində COVID-19 ilə mübarizə çərçivəsində Türkiyə bayrağı Azərbaycan bayrağı ilə dalğalanır. Bir millət, bir ürək!"