İbrahim Məmmədov: Karantin rejiminin nəticələri bizi ruhlandırır ki, qaydalara səylə əməl edək
15.04.2020 [17:35]
Koronavirus infeksiyasının yayılması ilə bağlı ilk dəfə olaraq pozitiv statistika qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, aprelin 12-dən sağalma yoluxmanı üstələyib.