SİYASƏT


Ramin Bayramlı karantin rejiminin müddəti ilə bağlı məsələyə aydınlıq gətirib

Karantin rejiminin tədricən sonlandırılması üzrə tövsiyələr hazırlanır.
AZƏRTAC xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O, deyib ki, karantin rejiminin tam aradan qaldırılması halında yenidən kütləvi yoluxmalar baş verə bilər:
"Bununla bağlı xüsusi qaydalar hazırlanaraq ictimaiyyətə açıqlanacaq. Yaxın 1 il ərzində həyat tərzimizi dəyişməli və yaxında təqdim ediləcək yeni karantin qaydalarına əməl etməliyik".