SİYASƏT


Hande Harmancı: Türkiyədən gələn 19 azərbaycanlı həkim Bakıda və regionlardakı xəstəxanalarda çalışacaqlar

Layihədə iştirak edəcək Türkiyədə çalışan 19 azərbaycanlı həkim İzmirdən Bakıya Azərbaycan hökümətinin təsis etdiyi özəl təyyarə ilə gətirilib.
AZƏRTAC xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.